19 
Okt
2020
12:46
764

Baş nazir: "Qarşıda çox təxribatlar gözləyir, amma..."

"Qarşıda çox təxribatlar gözləyir, amma əsas məqsədimiz kiminsə qələbəmizə elementar kölgə salmasına imkan verməməkdir".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria, Poti, Xobi və Senaki majoritar namizədi İrakli Xaxubiyanı təqdim edərkən qeyd edib .

Baş nazirin sözlərinə görə , hökumətin məqsədi bütün bölgələrdə insanlar üçün rahat və bərabər şərait yaratmaqdır və bunun üçün 31 oktyabrda qələbəyə nail olmaq lazımdır .

"Bunun üçün 31 oktyabr tarixində bizim qələbəyə nail olmağımız lazımdır. Bu qələbəni, əlbətdə hamımız birlikdə qazanacağıq, amma bu qələbə ədalətli və ləyaqətlə olmalıdır. Qarşıda bizi çox təxribatlar gözləyir, amma əsas məqsədimiz kimlərinsə kölgə salmasına imkan verməməliyik. Əziz vətəndaşlarımız, sizə ləyaqətli və ədalətli bir qələbə arzu edirəm " - dedi Baş nazir.

O, eləcədə Xobidə və bu bölgədə mövcud problemlərdən də bəhs etdi və Xobinin ən layiqli insanların guşəsi olduğunu qeyd etdi.

"Xobi, Sameqrelonun ən gözəl və ən layiqli insanların guşəsidir . Ümumiyyətlə, Xobi, Böyük İpək Yolunun bitdiyi yerdir. Xobi Sameqrelonun ürəyidir. Xobi, son illərdə, xüsusən 90-cı illərdə çox ağır günlərdən keçib. Bunun bir çox dəlilləri var. Xobi bütün ağır günlərdən sonra Avropaya doğru addım addım irəliləməlidir" - Baş nazir Qiorqi Qaxaria

Bizimlə əlaqə saxlayın