19 
Okt
2020
14:20
321

Qaxaria: "Vətəndaşların çox dəstəyini hiss edirik"

"Vətəndaşların çox dəstəyini hiss edirik, hər hansı bir araşdırmaya ehtiyacımız yoxdur. Sadəcə ehtiyacımız yoxdur, bunu hisslər səviyyəsində görmək olar".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria jurnalistlərin sualını cavablandırarkən qeyd edib.

"Yalnız təəssüf doğuran fakt odur ki, son vaxtlar siyasi aktivlik, müxalifət tamamilə yox olub və çaxnaşma, təşviş tətbiq olunur. Ancaq onu da qeyd edim ki, bu mümkün deyil, heç bir nəticə verməyəcək. Etməli olduğumuz tək şey seçkiləri şəffaf, demokratik və təhlükəsiz şəkildə keçirməkdir", - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər