28 
Fev
2020
17:12
3323

Marneulidə bu gün yeni parkın açılışı baş tutdu - FOTO

Bu gün Marneulidə "Yenə də Böyəcəklər" abidəsinin ətrafında yeni parkın açılışı oldu.

InterPress.ge xəbər verir ki, açlışda Marneuli meri Zaur Darğallı, bələdiyyə sədri Amiran Qiorqadze, parlament deputatı Tamaz Naveriani, Kvemo Kartili Qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak etdi.

Z. Darğallı-nın qeyd etdi ki, yeni qurulan parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılıb. O, yeni parkların inşası və mövcud parkların təmiri istiqamətində çalışdığını bildirdi.

Park ərazisində “Mən Marneulini sevirəm” və “Yenə də böyüyəcəklər” yazıları qeyd olunub. Ərazidə avtomobillər üçün dayanacaq və ayaqyolu da mövcuddur.

Qeyd edək ki, Marneuli meriyası “Yenə də böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazisinin abadlaşdırılması üçün 1 095 654 lari ayrılmışdı. Layihə bütövlüklə Marneuli bələdiyyəsi tərəfindən maliyyələşdirilib.

Bizimlə əlaqə saxlayın