02 
Mar
2020
14:21
3088

Gürcüstan hərəkətə keçdi - Azərbaycan-İran sərhədindən vətəndaşların təxliyəsinə başlanıldı

Gürcüstan hökuməti Azərbaycan-İran sərhədində olan ölkə vətəndaşlarının vətənə çatdırılmasını təşkil edəcək.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti iclasında bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə Azərbaycan tərəfi ilə fəal işə başlanılıb.

Gürcüstan vətəndaşları ölkəyə Səhiyyə Nazirliyinin hazırladığı protokola uyğun daşınacaq.(report)

Bizimlə əlaqə saxlayın