27
Nybr
2020
16:35
6187
yuxarı
Vətəndaşlara hansı növ yardımlar ediləcək?
Gürcüstanda mövcud epidemioloji vəziyyəti nəzərə alaraq Baş Nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası böhran əleyhinə planın dördüncü mərhələsi çərçivəsində vətəndaşlara və özəl sektora yeni dəstək paketi qəbul edib.
InterPress.ge xəbər verir ki, yeni paketin ümumi büdcəsi 1,1 milyard GEL təşkil edir.
Vətəndaşlara qayğı – proqramın ümumi büdcəsi – 545 milyon lari təşkil edir. Benefisiarların ümumi sayı isə, 500 min nəfərdən çoxdur (Bu rəqəmlərə komunal vergilərin subsidiya göstəriciləri daxil deyil).
- Komunal xərclərin subsidiyası – 4 ay ərzində (Noyabrdan, dekabr daxil olmaqla) komunal xərclərin subsidiyalaşdırılması həyata keçiriləcək (200 kvt/3m-ya qədər istifadə). Benefisiarların ehtimal olunan sayı – 1 milyon ailə. Büdcə 270 milyon lari;
- 1200 larilik yardım – işini itirən şəxslər üçün – formal sektorda işlə təmin edilən şəxslər, hansı ki, müvəqqəti olaraq, işsiz qalıblar, 2021-ci ilin yanvar ayından 6 ay ərzində 200 larilik yardım alacaqlar. Benefisiarların ehtimal olunan sayı – 125,000 nəfər. Büdcə – 150 milyon lari;
- 300 larilik bir dəfəlik yardım – Dekabr və yanvar ayında qoyulan məhdudiyyətlər nəticəsində fəaliyyətlərini dayandıran obyektlərdə işləyən şəxslərə və individual istehsalçılara 300 larilik kompensasiyalar veriləcək. Benefisiarların ehtimal olunan sayı – 100 min. Büdcə – 30 milyon lari;
- 600 larilik yardım – 65-dən 100 min sosiyal balı olan ailələr yanvar ayından, 6 ay ərzində, ayda 100 larilik (ailə üzvlərinin sayına görə) yardım alacaqlar. Benefisiarların ümumi sayı 72 minə qədər ailə (220 minə qədər şəxs), büdcə – 55 milyon lari;
- 600 larilik yardım – 0-dan 100 min balı və evdə 3 və 3-dən artıq 16 yaşına qədər uşağı olan ailələr, 6 ay ərzində, ayda 100 lari alacaqlar (yanvar ayından iyun daxil olmaqla) – 24 min ailə. Büdcə – 15 milyon lari;
- 18 yaşına qədər məhdud fiziki imkanlı şəxslər üçün 600 larilik yardım veriləcək – ayda 100 lari, 6 ay ərzində. Benefisiarların sayı – 43 min nəfər. Büdcə – 27 milyon lari;
- Dekabr-yanvar aylarında fəaliyyətini dayandıran obyektlərdə işləyən şəxslər üçün bank kreditlərinin ödənişi təxirə salınacaq.
2. Biznesə dəstək paketi – 515 milyon lari
- Gəlir vergisinə güzəşt – 1500 lariyə qədər maaşı olan şəxslər 750 lariyə qədər gəlir vergisindən, 2021-ci ilin dekabr-may müddətində azad olunurlar. Benefisiarların ehtimal olunan sayı 33 min şirkət və 425 min işlə təmin olunan şəxsdir. Büdcə – 260 milyon lari.
- Turizm sektoru üçün əmlak vergisinə güzəşt – turizm sektoru (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2021-ci ildə əmlak vergisindən azad olunur. Büdcə – 45 milyon lari;
- 2020-ci ilin 4 müddəti ilə təxirə salınan gəlir vergisinin ləğv olunması – turizm sektorunda həyata keçiriləcək (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2020-ci ilin dekabrın 1-nə qədər təxirə salınan gəlir vergilərinin ləğv olunması. Büdcə – 20 milyon lari;
- Mehmanxanaların bank kreditlərinin faizlərini subsidiyalaşdırılması davam edəcək, həmçinin, restoranların bank kreditlərinin faizlərin subsidiyalaşdırılması 6 ay ərzində davam edəcək. Benefisiarların ehtimal olunan sayı – 3700 şirkət;
- Mikro qrant proqramı – istehsalçıların mikro qrant proqramı həyata keçirilir, hansı ki, minlərlə yeni biznes-layihələri maliyyələşdirəcək (2020-ci ilin proqramı). Büdcə – 40 milyon lari;
- Kredit-zəmanət fondu – 2021-ci ildə kredit-zəmanət fondunun fəaliyyəti fəal şəkildə davam edəcək, hansı ki, özəl sektorun kreditlərinin restrukturisaziyasına və yeni vəsaitlərin alınmasına yardım edəcək. Büdcə – 100 milyon lari;
- Dekabr-yanvar aylarında fəaliyyəti dayandırılan şirkətlərə bank kreditlərinin təxirə salınması üçün imkan yaradılacaq.
Cəmi olaraq, yeni paketlərin tam büdcəsi 1,1 milyard lari təşkil edir.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər
20.04.2024 15:26
21
Estoniyanın Baş naziri: "Gürcüstan diqqətini onu Avropa İttifaqına yaxınlaşdıracaq addımlara yönəltməlidir"
20.04.2024 11:14
67
Gürcüstanda məlumatlandırma kampaniyası keçirilib
20.04.2024 11:09
75
"Rus qanunu"na qarşı keçirilən aksiya bu gün də davam edəcək
20.04.2024 09:20
89
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
20.04.2024 07:32
582
Gənclər yürüşünün iştirakçıları Qəhrəmanlar Meydanına gələrək and içiblər- Ərazi tamamilə bağlanıb
19.04.2024 21:44
170
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində yolu bağlayıblar
19.04.2024 21:34
111
Müxalifət partiyaları: “Gürcü arzusu” asayişi qorumaq əvəzinə, mülki şəxslərə qarşı cəza tədbirləri həyata keçirən polis bölmələrindən qanunsuz istifadə edir”
19.04.2024 19:45
130
“Açıq demək istəyirəm: bu qanun layihəsi Gürcüstanı Aİ-yə yaxınlaşdırmır, əksinə... biz məyusuq” -Şarl Mişel
19.04.2024 19:25
92
20 aprel tarixinə olan rəsmi valyuta məzənnələri açıqlandı (USD, EUR, AZN, TRY, RUB...)
19.04.2024 17:45
227
Azərbaycan işğal altında olan dörd kəndi geri qaytardı
19.04.2024 17:32
478
Saraçlı kəndində amansızlıqla qətlə yetirilən İsə Hüseynovun atası danışdı -VİDEO
19.04.2024 17:21
583