28 
Nybr
2020
09:07
2177

Bu gündən hərəkət məhdudiyyəti qüvvəyə minir

Gürcüstanda mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, Baş Nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası ölkədəki mövcud nöqtə məhdudiyyətlərinin sərtləşdirilməsinə və genişləndirilməsinə qərar verib.

InterPress.ge məlumat verir ki, İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, bu gündən hərəkət məhdudiyyəti qüvvəyə minir.

Qərara əsasən, 28 Noyabr - 31 Yanvar tarixlərində ölkədə insanların hərəkətinə məhdudiyyət: saat 21: 00-dan 05: 00-a qədər həm piyada, həm nəqliyyat vasitələrinə tətbiq edilir.

Yalnız iki gün, yeni il gecəsi - 31 dekabr və Milad ərəfəsi - 6 yanvar tarixlərində hərəkət məhdudiyyəti qüvvədə olmayacaq.

Bizimlə əlaqə saxlayın