28 
Nybr
2020
09:30
1067

Avtomobil 30 metr yüksəklikdən Kürə düşdü- 3 nəfər həlak oldu

Kür çayından 3 nəfərin cəsədi çıxarılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Təcili Yardım İdarəsi tərəfindən yayılıb.

Məlumata görə, yolda hərəkət edən avtomobil təxminən 30 metr yüksəklikdən Mtkvari ( Kür) çayına düşüb.

Təcili yardım rəhbərliyi hadisə yerinə ən qısa müddətdə gəlib. Məlumata görə, abtomobil tamamilə su ilə örtülmüşdü, bu səbəbdən xilasedicilər və Baş Təcili Yardım Bölməsinin dalğıc qrupu müvafiq texnika ilə Mçxeta istiqamətinə yola düşüblər.

Bir neçə saat davam edən axtarış və xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürənlər suyun dibində avtomobildə 2 nəfərin cəsədini aşkar ediblər. Daha sonra dalğıclar başqa bir cəsəd tapıblar. Təcili yardım işçiləri artıq 3 cəsədi sudan çıxarıblar. Onlar Kür çayının dərinliyindən maşınıda çıxarıblar.

Hal-hazırda Mçxetada axtarış əməliyyatları tamamlanıb. Prosesə 15 nəfər yanğınsöndürən və xilasedici, o cümlədən Təcili Yardım Baş İdarəsindən 6 nəfərlik heyət cəlb edilib. Həmçinin, bir şişmə qayıq, dron və digər bütün lazımi avadanlıqlar cəlb edilib.

Hadisə Cinayət Məcəlləsinin iki və ya daha çox insanın ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyinin və ya əməliyyatın pozulmasını nəzərdə tutan 276-cı maddəsinin səkkizinci hissəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın