28 
Nybr
2020
11:00
907

Gürcüstanda koronavirusa yoluxma sayı artdı - SON VƏZİYYƏT

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 472 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 127 942 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 489 sağalma qeydə alınaraq 106 328 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 34 nəfər ölüb və ölənlərin ümumi sayı 1 195 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın