28 
Nybr
2020
13:51
695

Bu tarixədək cəzaçəkmə müəssisələrində görüşlər dayandırılır

Təqsirləndirilənlər və məhkumlarla 1 yanvar 2020-ci ilədək qısamüddətli görüşlərdən istifadə hüququ, eyni Məcəlləyə əsasən əmanət qəbul etmək hüququ bu ilin 28 dekabr tarixinədək dayandırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Penitensiar Xidməti yayır.

Qurumdan verilən məlumata görə, qərar ölkədəki epidemioloji vəziyyətə və İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən verilib.

"Bu dəyişikliklər, Gürcüstan hökumətinin ölkədəki epidemiya vəziyyəti ilə əlaqədar qəbul etdiyi qərarlarla uyğundur və cəzaçəkmə müəssisələrində kovid-19-un mümkün yayılmasının qarşısını almaq məqsədi daşıyır. Xüsusi Penitensiar Xidmət, İdarələrarası Koordinasiya Şurasının tövsiyələrinə uyğun olaraq məhdudiyyətlərin uzadılması və ya ləğvi ilə bağlı qərarlar verəcəkdir”, - deyilir Xüsusi Penitensiar Xidmət açıqlmasında.

Bizimlə əlaqə saxlayın