28 
Nybr
2020
14:47
871

Bu gün Gürcüstanda koronavirusa yoluxan 4472 nəfərin haradan olduqları açıqlandı

“Son 24 saat ərzində virusla əlaqəli yeni təsdiqlənmiş 4472 hal aşkar edildi”.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava Hökümət İdarəsində keçirilən brifinqdə açıqlama verib.

O, koronavirusla bağlı son statistikadan bəhs edib.

“Bu günə olan məlumata görə, son 24 saat ərzində virusla yeni təsdiqlənmiş 4472 hal aşkarlanıb. Ölkədə Kovid-19 pandemiyasının başlamasından bəri aşkar edilmiş təsdiqlənmiş halların ümumi sayı 127.942-dir.

Son 24 saat ərzində 4058 nəfər sağalıb və ümumi sağalanların sayı 106 328 nəfərə yüksəlib.

Təəssüf ki, son 24 saat ərzində 34 yeni koronavirus ölümü halı qeydə alındı. 26 fevral 2020-ci ildən bəri koronavirus səbəbindən ümumilikdə 1.195 ölüm halı mövcuddur.

Bu gün aşkar edilmiş 4472 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə 1 784, Acarıstanda -683, İmereti -662, Kvemo Kartli -292, Şida Kartli -192, Quria, -123, Sameqrelo-Zemo Svaneti- 247, Kaxeti -228, Mçxeta-Mtianeti -127, Samçxe-Cavaxeti -93, Raca-Leçxumi və Kvemo Svaneti -41”,- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın