27 
Mat
2020
15:41
289

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxdu

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir özünün "Twitter"dəki səhifəsində video müraciət yayıb.

55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

Baş nazirin sözlərinə görə, son 24 saat ərzində siyasətçidə xəstəliyin əlamətləri üzə çıxıb. Onun koronavirus analizlərinin nəticələri müsbət olub.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri