1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
02 
Fev
2020
09:39
1402

Çində koronavirusa yoluxanların sayı 14,3 min nəfərə, ölənlərin sayı 304 nəfərə çatıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 14 min 380, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.

Məlumata əsasən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 19 544 nəfərdir. İndiyədək 328 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxanlardan 2110 nəfərin vəziyyəti ağırdır.

Bundan əlavə virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 163 844 nəfərin 137 594-ü həkim nəzarəti altındadır, 8 044 nəfər isə tibbi müşahidədən azad edilib. Virusa yoluxma halı artıq ölkənin bütün əsas ərazi vahidlərində qeydə alınıb.

Bildirilib ki, virus ən çox Hubey əyalətində yayılıb. Burada 9074 nəfər koronavirusa yoluxub, 294 nəfər ölüb. Təkcı əyalətin Uhan şəhərində 4109 nəfər koronavirusa yoluxub, 224 nəfər dünyasını dəyişib.

Virus Çin ilə yanaşı, 23 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi tanıyıb.

Bizimlə əlaqə saxlayın



Digər "dünya" xəbərləri