19 
May
2020
08:55
1426

Trampın oğlu koronavirusun “sehrli şəkildə” yoxa çıxacağı dəqiq tarixi açıqladı

ABŞ-ın 45-ci prezidenti Donald Trampın oğlu Erik Tramp demokratların onun atasının uğurlarını pozmaq üçün koronavirus pandemiyasından istifadə etdiyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Demokratlar onu ən böyük nailiyyətindən, məhz amerikalıların onu sevməsindən məhrum etməyə çalışırlar. Çünki ona hörmət var və böyük kütlələri toplaya bilər”, - deyə Erik Tramp bildirib.

Onun sözlərinə görə, koronavirus siyasi cəhətdən məqsədəuyğun olmağı dayandırdıqda, yəni 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra “sehrli şəkildə” başa çatacaq “şüurlu strategiyadır”.

“Noyabrın üçündən sonra koronavirus sehrli şəkildə birdən-birə yoxa çıxacaq”, - dövlət başçısının oğlu bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri