20 
May
2020
08:45
361

Poroşenkoya cinayət işi açıldı

Ukrayna Baş Prokurorunun Ofisi ölkənin keçmiş prezidenti Petro Poroşenko barəsində dövlətə xəyanət və hakimiyyətdən sui-istifadə ilə bağlı işin araşdırılmasına başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşrinə Baş prokurorun ofisindən bildiriblər.

Bildirilir ki, istintaq P.Poroşenkoya, ABŞ prezidenti vəzifəsinə namizəd Co Baydenə və ABŞ-ın sabiq dövlət katibi Con Kerriyə aid olduğu ehtimal edilən səs yazısının yayılmasından sonra başlayıb.

Qeyd edilir ki, səs yazısında guya C.Bayden "Burisma" işinə görə P.Poroşenkoya baş prokuror Viktor Şokini işdən çıxarmağı tövsiyə edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri