12 
İyn
2020
09:36
1253

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstana təşəkkür etdi

Moskva Rusiya vətəndaşlarının Nigeriyadan gətirilməsinə görə Gürcüstana təşəkkür edib.

InterPress.ge-nin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib.

“Mən Rusiya vətəndaşlarının evlərinə qayıtması ilə bağlı Tbilisi ilə uğurlu əməkdaşlıqdan danışmaq istəyirəm. Biz Nigeriyadan xüsusi təyyarə ilə üç rusiyalı dənizçinin gətirilməsinə yardım etdiyinə görə Gürcüstana minnətdarıq. Ümid edirik ki, bu uğurlu humanitar təcrübəyə koronavirus pandemiyası bitəndən sonra da tələbat olacaq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər "dünya" xəbərləri