13 
Apr
2020
09:27
713

Koronavirusla bağlı Gürcüstanda və dünyada son STATİSTİKA

Dünyada 1 853 357 nəfər koronavirusa yoluxub.

Bu barədə InterPress.ge worldometers.info saytına istinadən məlumat verir.

Virusdan ölənlər 114 253, sağalanlar isə 423 692 nəfər təşkil edir.

Qitələr üzrə birinci yerdə Avropadır. Burada 881 110 nəfər koronavirusa yoluxan var. 76 768 nəfər isə həyatını itirib.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma halı ABŞ-da müşahidə olunur. Bu ölkədə yoluxma sayı 560 433-dür. Ölənlər isə 22 115 nəfər təşkil edir.

ABŞ-dan sonra əhalisi kornavirusa yoluxanlar arasında ikinci yerdə, 166 831 nəfər olmaqla, İspaniya, daha sonra 156 363 nəfərlə İtaliya gəlir.

Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumata bildirili ki, 257 nəfərdə bu virus təsdiqlənib. Hazırda isə ölkə üzrə karantində 4872, stasionar müalicədə isə 453 nəfər var. Virusa yoluxmuş şəxslərdən 3 həyatını itirib, 67 nəfəri isə artıq sağalıb.

Bizimlə əlaqə saxlayın