13 
Apr
2020
16:27
721

Xaricdə koronavirusdan ölən Gürcüstan vətəndaşlarının sayı artıb

Barselonada 55 yaşlı Gürcüstan vətəndaşı koronavirusdan ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O deyib ki, dünyasını dəyişən şəxs onkoloji xəstə olub.

Qeyd edək ki, bununla ölkə xaricində COVID-19 infeksiyasından dünyasını dəyişən Gürcüstan vətəndaşlarının sayı yeddiyə çatıb.(report)

Bizimlə əlaqə saxlayın