14 
Apr
2020
09:14
801

İtaliyada kremasiya edilmiş ölülərin külünü belə təhvil verirlər - VİDEO

Pandemiya səbəbindən ən çox ziyan çəkən ölkələrdən biri olan İtaliyada ölənlərin cəsədini almaq üçün bəzi ailələr 30 gün gözləməli olurlar. Onların qalıqları isə qohumlarına polis tərəfindən təhvil verilir.

InterPress.ge xəbər verir ki, RT bununla bağlı kadrlar yayımlayıb.

Bildirilir ki, ölənlərin sayının çox olması ilə əlaqədar yerli krematoriyalar dolub. Bu səbəbdən bəzi cəsədlər qonşu şəhərlərə aparılıb.

Qeyd edək ki, son məlumatlara görə, hazırda İtaliyada 159 516 nəfər COVID-19-a yoluxub. Onlardan 20 465 nəfəri ölüb, 35 435 nəfəri isə sağalıb.

Bizimlə əlaqə saxlayın