17 
Apr
2020
08:41
1293

Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Tbilisi televiziya qülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə Azərbaycana göstərdiyi dəstəyə görə Gürcüstan Respublikasına minnətdarlığını bildirib.

Paylaşımda deyilir:

“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Bizimlə əlaqə saxlayın