18 
Apr
2020
21:19
5393

Gürcüstan-Azərbaycan sərhədinin açılacağı vaxt yenə uzadıldı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

InterPress.ge report-a istinadən xəbər verir ki, bu barədə qərarı Azərbaycanın Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər