20 
Apr
2020
08:42
538

ABŞ-da bir gündə 1 997 nəfər koronavirusdan öldü 

ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 889 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

InterPress.ge-nin məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd olunub ki, bir gündə Amerikada 1 997 pandemiyanın qurbanı olub. Bununla da yeni növ koronavirusdan ölənlərin sayı 40,6 mini ötüb.

Koronavirus daşıyıcısı olan şəxslərin sayı 759 minə çatıb, 70minə yaxın ölkə vətəndaşı müalicə alaraq sağalıb.

Bizimlə əlaqə saxlayın