22 
Apr
2020
09:06
585

Türkiyədə koronavirusdan ölənlərin sayı 2200-ü keçdi

Türkiyədə koronavirusdan ölənlərin sayında artım olub.

InterPress.ge xəbər verir ki, son sutkada daha 119 nəfər pandemiya səbəbindən ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 259 nəfərə çatıb.

Həmçinin, daha 4 611 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayının 95 591-ə yüksəldiyini bildirilib.

Bizimlə əlaqə saxlayın