22 
Apr
2020
09:19
771

ABŞ-ın Missuri ştatı koronavirusla bağlı Çini məhkəməyə verib

“ABŞ-ın Missuri ştatı Çin hökumətini məhkəməyə verərək, ölkəni koronavirusa yoluxdurmaqda günahlandırıb”.

InterPress.ge Reuters-ə istinadən xəbər verir ki, bu barədə ştatın Baş prokuroru Erik Şmitt açıqlamasında bildirib.

Prokurorun sözlərinə görə, Çin hökuməti COVID-19 təhlükələri və yoluxucu olması barədə dünyaya yalan məlumat verib, şikayət edənləri susdurub və xəstəliyin yayılmasını dayandırmaq üçün heç bir iş görməyib: “Çin hökuməti hərəkətlərinə görə cavab verməlidir”.

Qeyd edək ki, məhkəmə iddiasına görə, Çin hakimiyyəti ictimaiyyəti aldatmaqda, vacib məlumatları yayımlamamaqda, şikayətçiləri həbs etməkdə, virusun insandan insana ötürmə faktını rədd etməkdə, tibbi araşdırmaları məhv etməkdə, milyonlarla insanın virusla təmasda olmasına imkan verməkdə ittiham edilir.

Çin hakimiyyətinin bu və digər iddiaları rədd etdiyi bildirilib.

Bizimlə əlaqə saxlayın