22 
Apr
2020
19:11
2901

Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş lideri Mixail Saakaşviliyə hökumətdə islahatlara nəzarət edəcək vəzifə təklif edib.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Prezident V.Zelenskinin eks-prezidentə Baş nazirin müavini vəzifəsini təklif etdiyi bildirilir.

M.Saakaşvilinin ofisinin mətbuat xidmətindən bildirilib ki, bu cür təklif həqiqətən də müzakirə edilir, ancaq əvvəlcə siyasətçi “Xalqın xidmətçisi” fraksiyasının millət vəkilləri ilə görüşmək və islahatları müzakirə etmək niyyətindədir.

Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ona islahatlar üzrə Baş nazir müavini vəzifəsinin təklif olunmasını “Facebook” hesabındakı paylaşımı ilə təsdiqləyən Mixail Saakaşvili bu cür təklifin onun üçün böyük şərəf olduğunu qeyd edib.

“Xalqın xidmətçisi” fraksiyası rəhbərinin müavini Yevgeniya Kravçuk da sözügedən informasiyanı təsdiqləyib və Saakaşvilinin aprelin 24-də millət vəkilləri ilə görüşəcəyini qeyd edib.

Bizimlə əlaqə saxlayın