23 
Apr
2020
11:14
7125

Azərbaycanda olan və Gürcüstana gəlmək istəyən vətəndaşlarmızın nəzərinə

Gürcüstanın Azərbaycandakı səfirliyi Gürcüstan vətəndaşlarının ölkəyə dönmələri üçün avrobuzlar təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə Soydaş İctimai Birliyi məlumat yayıb.

Qeyd olunur ki, Gürcüstana getmək istəyən Gürcüstan vətəndaşları pasportunun şəklini səfirliyin +994 50 250 07 10 WhatsApp nömrəsinə göndərməlidirlər.

Məlumata görə, səfirlik yaxın günlərdə xüsusi avtobus reysləri ilə vətəndaşlarının Gürcütana getməsini təşkil edəcək. Avtobuslar yola düşməmişdən 2 saat əvvəl xəbər edəcəklər ki, hansı ünvana gəlmək lazımdır.

Qeyd edək ki, nəqliyyat xərci bir nəfər üçün 20 manat (37 lari 40 tetri) nəzərdə tutulub.

Xatırladaq ki, Gürcüstana qayıdan vətəndaşlarımız sərhədi keçəndən sonra 2 həftə karantinə alınacaqlar.

Bizimlə əlaqə saxlayın