24 
Apr
2020
12:54
1714

Mixeil Saakaşvili: "Avakovla konfliktə girməyəcəyəm"

Baş nazirin müavini olsam, Daxili İşlər naziri Arsen Avakovla konfliktə girməyəcəyəm.

InterPress.ge xəbər verir ki, bunu “Novoye Vremya”ya müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Daxili İşlər Nazirliyi prezidentin nomenklaturasıdır. Baş nazirin reformlar üzrə müavininin işi DİN-lə toqquşmur. Bu, tamam ayrı istiqamətlərdir. İndi də çox çətin situasiya var, konfliktlər dərinləşə bilər. Mən konfliktə girməyə yox, işləməyə hazırlaşıram”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident Zelenski Saakaşviliyə Baş nazirin müavini postunu təklif edib. Saakaşvilinin namizədliyini Ali Rada təsdiqləyəcək.

Bizimlə əlaqə saxlayın