25 
Apr
2020
04:18
513

Yəməndə atəşkəs müddəti uzadıldı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası BMT-nin çağırışı ilə birtərəfli qaydada Yəməndə barışıq müddətini bir ay müddətinə uzadıb.

InterPress.ge xəbər verir ki, bu barədə koalisiyanın mətbuat katibinə istinadən Səudiyyə Ərəbistanının SPA agentliyi bildirib.

Daha əvvəl elan edilmiş atəşkəs rejiminin müddəti bir gün əvvəl - aprelin 23-də başa çatıb.

Bildirilir ki, koalisiya qüvvələri barışığı bir ay müddətinə uzatmaq barədə qərar qəbul ediblər.

Qərar danışıq prosesində irəliləyiş məqsədi ilə qəbul olunub.

Bizimlə əlaqə saxlayın