26 
Apr
2020
10:59
1962

Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gəldi

Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

InterPress.ge-nin “Bloomberg”ə istinadən verdiyi məlumata əsasən, bu barədə Koreya Dostluq Assosiasiyasının rəhbəri diplomat Alexandro Kao de Benos bildirib.

“Bizim marşalımızın ölümü barədə şayiələr yalan və qərəzlidir”, - o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl KXDR liderinin ölümü ilə bağlı məlumatı “New York Post” nəşri yaymışdı. Jurnalistlər materiallarında Honqkonqun HKSTV peyk agentliyinə istinad etmişdilər. Agentlik isə öz növbəsində bu məlumatı mötəbər mənbədən aldığını iddia edirdi.

Bizimlə əlaqə saxlayın