27 
Apr
2020
10:05
1483

Mixail Saakaşvili: "Baş nazirin müavini olacağıma əminəm"

Ukrayna baş nazirinin müavini təyin edilmək üçün lazımi səsi toplayacağıma əminəm.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Hesab edirəm ki, səsləri toplayacağam. Mən çox optimistəm. Sadəcə Xalqın Xidmətçisi fraksiyası səfərbər edilməyib. Bu fraksiya ilə maraqlı görüşüm olub”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşviliya baş nazirin islahatlar üzrə müavini postunu təklif edib. Amma Zelenskinin partiyası bu qərarı tam dəstəkləməyib. Cümə günü məsələ ilə bağlı səsvermə planlaşdırılsa da təxirə salınıb.

Bununla bərabər Xalqın Xidmətçisi Partiyasının daxilində Saakaşvilidən narazıların sayı da kifayət qədərdir. Onlar keçmiş prezident Pyotr Poroşenkonun Saakaşvili ilə yaşadıqlarının onların da başına gələ biləcəklərindən qorxurlar. Bundan başqa partiyanın himayədarı olan İqor Kolomoyskinin də Saakaşvili ilə problemləri mövcuddur. Üstəlik, Saakaşvilinin ən böyük problemi Ukrayna hakimiyyətində təsir imkanlarını son beş ildə həddən artıq genişləndirmiş Arsen Avakovladır ki, sonuncu onun təyinatı ilə heç bir halda razılaşmır.

Bizimlə əlaqə saxlayın