29 
Apr
2020
18:57
4835

Azərbaycan ərazisinə giriş-çıxışa qoyulan qadağanın müddəti uzadıldı

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata bildirilir.

Məlumatda bildirilir kiCOVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb.

Qeyd olunur ki, məhdudiyyət yükdaşımalara və çarter reyslərə şamil olunmur.

Bizimlə əlaqə saxlayın