03 
May
2020
04:06
774

Dünyada koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirus qurbanlarının sayı 245 min nəfərə çatır.

Bu barədə InterPress.ge xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, pandemiya ərzində COVID-19 infeksiyasının qeydə alındığı ölkələrdə virusdan ölənlərin ümumi sayı 244,595 nəfər təşkil edir.

Bundan başqa, dünyada ümumilikdə 3,479,875 insan koronavirusla bağlı analizlərin müsbət nəticəsini alıb, COVID-19-a yoluxmuş 1,108,060 insan sağalıb.

Hazırda dünyada koronavirusa yoluxmuş 2 111 908 pasiyent müalicə edilir, onlardan 50 843-ü ağır vəziyyətdədir.

Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ, İspaniya və İtaliyada qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın