10 
May
2020
03:35
2517

Çin yenidən dünyanı təhdid edir - Şok fakt

Koronavirusu dünyaya "ixrac" edən Çin indi satdığı sağlamlıq vasitələri ilə beynəlxalq qalmaqala səbəb olub.

InterPress.ge xəbər verir ki, Kanadanın Çindən aldığı N95 tipli 11 milyon maskanın 8 milyonunun standartlara cavab vermədiyi aydın olub.

Kanadanın Kvebek əyalətinin Satınalma naziri Anita Anand 11 milyon maskanın təxminən 1 milyonunun standartlara cavab verə biləcəyini, 8 milyonunun istifadə üçün yararlı olmadığını deyib.

Qalan maskaların test mərhələsində olduğunu vurğulayan Anand 8 milyon standarta uyğun olmayan maskaların başqa şəkildə qiymətləndiriləcəyini qeyd edib.

Digər tərəfdən, Kanada mətbuatı da Çindən gətirilən 1 milyon N95 tipli maskanın zay çıxdığınə bildirib.

Federal hökumət, ölkədəki tədarükçülər vasitəsilə cəmi 135 milyon maska ​​üçün müqavilələr bağlamışdı. Kanada virus yayılandan bəri 33 milyondan çox tibbi maska alıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər