12 
May
2020
03:51
833

Bakıda “EuroHome” tikinti materialları bazarında yanğın baş verib - FOTO

Azərbaycanın paytaxdı Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” ticarət mərkəzində növbəti dəfə yanğın olub.

InterPress.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, bir neçə saat davam edən yanğın söndürülüb. Bildirilir ki, hadisə yerində olan Fövqəladə hallar nazirinin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparıb.

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğının baş verdiyi əraziyə gəlib.

Nazirə hadisə və söndürmə işləri ilə bağlı məlumat verilib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev qeyd edib ki, artıq yanğın söndürülüb: “Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər