12 
May
2020
08:53
929

ABŞ-da koronavirusun yeni növü yayıldı

ABŞ-ın Konnektikut ştatında həddi-buluğa çatmamış 3 nəfər iltihabi sindrom əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

InterPress.ge xəbər verir ki, bu barədə ştatın qubernatoru Ned Lamontmətbuat konfransında bildirib.

O, qeyd edib ki, bunun koronavirusla bağlı olduğu ehtimal edilir.

"Üç belə hadisə Nyu-Heyven xəstəxanasında qeydə alınıb. Biz onların səhhətini diqqətlə izləyirik. Pasiyentlər 3 aylıqdan 14 yaşa qədərdir, onlarda badamcıq vəzlərinin kəskin iltihabı və başqa simptomlar müşahidə olunur. Və bu bizi çox narahat edir", - qubernator deyib.

Ötən şənbə günü qonşu Nyu-York ştatının qubernatoru da bildirib ki, ağır vəziyyətdə olan üç uşaq koronavirusdan ölüb.

ABŞ-da yerli və federal orqanların məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda virusa 1,34 milyondan çox yoluxma qeydə alınıb, 80 239 insan ölüb.

Bizimlə əlaqə saxlayın