15 
May
2020
09:22
2210

Maraqlı hadisə: Koronavirusdan qorunmaq üçün üz tutduqları qadın bütün məhəlləni virusa yoluxdurdu

Türkiyənin Kayseri vilayətində insanlar onları koronavirusdan qoruyacağına inandıqları qadına üz tutublar.

InterPress.ge “Haberler”ə istinadən məlumat verir ki, həmin şəxslər qadının onların ağızlarına üfürərək virusa yoluxmalarının qarşısını alacağına inanıblar.

Sonradan koronavirus daşıyıcısı olduğu aşkarlanmış qadın bu yolla bütün məhəllə sakinlərini COVID-19-a yoluxdurub.

Kayseri Səhiyyə İdarəsi insanları bu cür şəxslərə müraciət etməməyə çağırıb.

Bizimlə əlaqə saxlayın