24 
May
2020
22:55
910

Ermənistan Gürcüstandan üzr istəyib

Ermənistan Səhiyyə Nazirliyi Gürcüstan səhiyyə sisteminin tənqid edildiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.

InterPress.ge RİA Novosti-yə istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan ötən gün mətbuatda Gürcüstan səhiyyəsi ilə bağlı aşağılayıcı fikirlər səsləndirmişdi.

A.Torosyan Gürcüstanda COVID-19-a qarşı mübarizədə zəif anti-epidemioloji sistemin və səhiyyə xidmətinin olduğunu demişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər