26 
May
2020
09:23
484

İspaniya əcnəbilər üçün 14 günlük karantini ləğv etdi

İspaniyada xaricdən gələnlər üçün iki həftəlik məcburi karantin qaydası iyulun 1-dən ləğv olunur.

InterPress.ge “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, qərar ölkə rəsmilərinin videokonfrans formatında keçirilən geniş iclasında verilib.

İspaniya COVID-19 virusundan ən çox zərər çəkən ölkələr sırasındadır. Son rəqəmlərə əsasən, bu ölkədə 282 852 şəxsin yeni növ pandemiyaya yoluxduğu aşkar edilib. 28 752 xəstə virusun qurbanı olub.

Bizimlə əlaqə saxlayın