31 
May
2020
09:08
561

Türkiyə ordusu şəhid verdi

Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində terrorçular əsgərlərə hücum edib.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, biri isə yaralanıb:

“Terrorçuların mümkün qaçış nöqtələri müəyyənləşib. Əraziyə hücum helikopterləri, PUA-lar və əlavə qoşun göndərilib. Əməliyyatlar davam etdirilir”.

Bizimlə əlaqə saxlayın