02 
Iyn
2020
08:02
907

Rusiyadan Gürcüstana pul köçürmələri daha sərfəli olub

Rusiyada “Bilayn” mağazalarında “Zolotaya Korona” vasitəsilə populyar istiqamətlərə, o cümlədən Gürcüstana pul köçürmələri üçün yeni təkliflər qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, artıq “Zolotaya Korona” vasitəsilə Gürcüstan Azərbaycan, Belarus, Qazaxıstan, Moldovaya, eləcə də Rusiya daxilində pul köçürmələri valyuta konvertasiyasında 0% tarif və 1 rubl komissiya ilə mümkün olacaq.

0% tarifindən yararlanmaq üçün pul göndərən şəxs kassaya rubl ödəməli və köçürmənin alıcıya hansı valyutada – ABŞ dolları, avro və ya milli valyutada göndərilməli olduğunu ofis əməkdaşına bildirməlidir.

Konvertasiya pul göndərilən zamana bank olmayan hesablaşma kredit təşkilatı “Ödəniş Mərkəzi” MMC-nin məzənnəsi ilə həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın