04 
Iyn
2020
09:04
807

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 24 nəfər dünyasını dəyişib, 867 nəfərdə virus aşkarlanıb.

InterPress.ge bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4609, yoluxma faktı 166 min 422 nəfər olub. Gün ərzində 931 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 130 min 852-yə çatıb.

Son 24 saatda 52 min 305 test edilib.

Bizimlə əlaqə saxlayın