04 
Iyn
2020
13:12
549

ABŞ-dakı aksiyalara görə saxlanılanların sayı 10 min nəfəri ötüb

ABŞ-da afroamerikalı Corc Froydun polis tərəfindən öldürüməsi ilə əlaqədar keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 10 mini ötüb.

InterPress.ge xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentlik yazır ki, ən çox saxlanılma faktı Los-Anceles şəhərində qeydə alınıb.

Tutulanların əksəriyyəti komendant saatını pozan və talançılıqla məşğul olan şəxslərdir.

Bizimlə əlaqə saxlayın