04 
Iyn
2020
23:28
6093

Azərbaycan DGK-nin dayanacaqlarında avtomobillərini saxlayan Gürcüstan vətəndaşlarının nəzərinə

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstan dövlət nömrə nişanlı avromobillərin sahibləri Dövlət Gömrük Komitəsinin dayanacaqlarında saxladıqları avtomobilləri dayanacaqlardan çıxara bilər.

Bu bərədə InterPress.ge-yə Soydaş İctimai Birliyindən məlumat verilib.

SİB-dən verilən məlumata görə, xarici vətəndaşlar avtomobilərini gömrük nəzarətindən götürə bilərlər. Müvafiq tələblərə görə, avtomobilin dayanacaqda qaldığı hər günə görə 1,5 manat ödənilməlidir. Ödənilən məbləğ 90 manatdan artıq ola bilməz (60 gün üçün) və indiyədək öz həyətlərində, binalarının qabağında saxlanmış avtomobillər Azərbaycanı tərk edən zaman onlardan heç bir əlavə ödəniş tələb edilməyəcək.

Məlumatda onuda qeyd edirlər ki, vaxtı keçmiş avtomobilləri dayanacaqlardan çıxardıqdan sonra avtomobili idarə etməyə icazə verilmir. Həmin şəxslər avtomobillərini həyətlərində saxlaya bilərlər, sərhəd açıldıqdan sonra gömrüyü keçən zaman avtomobil sahiblərinə heç bir cərimə tətbiq olunmayacaq.

Bizimlə əlaqə saxlayın