18 
Iyn
2020
00:07
4114

Marneulili gənc Türkiyədə ağır yol qəzasında həyatını itirdi

Türkiyənin Karasu rayonunda baş verən qəzada əslən Marneulili 22 yaşlı Orxan Turgut həyatını itirib.

InterPress.ge halk54.com-a istinadən xəbər verir ki, həyatını itirən gənc motosiklet idarə edərkən idarəetməni itirərək avtomobilə çırpılıb.

Qəzada ağır yaralanan Orxan Turgut əvvəlcə Karasu Dövlət Xəstəxanasına, daha sonra Yenikent Dövlət Xəstəxanasına köçürülüb.

Bir həftə reanimasiyada həyatda qalmaq üçün çalışan gənc bu gün hıyatını itirib.

Mediada yayılan məlumata görə, Orxan əsgərlikdən yeni gəldiyini öyrənən gəncin qohumları acı xəbərlərlə qarşılaşıb.

Orxan Turgutun cənazəsi Yenikent Dövlət Xəstəxanasından götürülərək dəfin üçün Karasuya aparılıb.

Bizimlə əlaqə saxlayın