26 
Iyn
2020
09:55
3509

Avropa İttifaqı Gürcüstana sərhəddlərini açır

Sərhədlər açıldıqdan sonra Avropa İttifaqının ərazisinə daxil olma siyahısında Gürcüstanda yer alıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Avronews" məlumat yayıb.

"Avronews" yazır ki, Avropa İttifaqının rəsmiləri bağlı qapılar arxasında sərhədlər açıldıqdan sonra hansı ölkənin əhalisinin Avropa İttifaqının ərazisinə daxil ola bilib bilməyəcəklərini müzakirə ediblər.

Məlumata görə, koronavirus pandemiyasından ən böyük zərər görmüş ABŞ- ın siyahıda olmadığı məlum olduqdan sonra anlaşılmazlıqlar da yaranıb. Böyük ehtimalla siyahı arxasında Rusiya və Braziliya qalacaq.

Rəsmilərin Avronews-a verdikləri məlumata görə, hələ ki, razılıq əldə olunmayıb və növbəti görüş cümə günü baş tutacaq.

Avronews diplomatik mənbədən sözügedən siyahını əldə edib. Siyahıda Rusiya , ABŞ, Qətər, Braziliya yer almayıb.

Siyahıya görə, Avropa İttifaqı ərazilərinə bu ölkələrin vətəndaşları daxil ola bilərlər:

Vatikan, Monako, Monteneqro, Andorra, Serbiya, Bosnia Herseqovina, Ukrayna, Albaniya, Türkiyə, Kosovo, Koreya, Tayland, Mianmar, Türkmənistan, Vyetnam, Çin, Monqolustan, Gürcüstan, Yaponiya, Livan, İndoneziya, Özbəkistan, Hindistan, Tacikistan, Qazaxıstan, Palau, Yeni Zelandiya, Avstraliya, Dominika, Baham adaları, Sent Luisa, Uruqvay, Yamayka, Kuba, Qayana, Paraqvay, Venesuela, Nikaraqua, Kosta-Rika, Kanada, Anqola, Tunis, Namibiya, Mozambik, Uqanda, Mavritaniya, Zambia, Ruanda, Etiopía, Mərakeş, Əlcəzair, Misir.

Bizimlə əlaqə saxlayın