29 
Iyn
2020
15:19
1200

Yunanıstana getmək istəyənlərin nəzərinə - Yeni qayda

Yunanıstana getmək istəyən şəxslər internet vasitəsilə xüsusi anket dolduracaqlar.

InterPress.ge xəbər verir ki, bu haqda yerli media məlumat yayır.

Xüsusi anketdə sərnişinin qaldığı yer, Yunanıstanda istirahət edəcəyi yer və son dəfə getdiyi ölkələr qeyd olunmalıdır. Anket getməmişdən 48 saat öncə doldurulmalıdır.

Yunanıstana uçuş edən vətəndaşlar əlavə məlumat almaq üçün https://travel.gov.gr veb səhifəyə daxil ola bilərlər.

Bizimlə əlaqə saxlayın