30 
Iyn
2020
11:46
772

Yaponiya 6G üçün hərəkətə keçdi

Yaponiya 6G rabitə sistemləri ilə məşğul olan şirkətlərə 70 milyard yen ayırmağı düşünür. Bu vəsait isə təxmini 652,4 milyon dollara bərabərdir.

İnterPress xəbər verir ki, 6G texnologiyasının 2030-cu ilədək tətbiqi planlaşdırılır. Yaponiyanı 6G mövzusunda ABŞ və Cənubi Koreyadan geri qalması narahat edir, buna görə də sürətli rabitə sistemləri sahəsində lider olmağı planlaşdırır.

Qeyd edək ki, 6G-nin inkişafına Çin, Cənubi Koreya və Finlandiya kimi ölkələr də sərmayə qoyub.

Bizimlə əlaqə saxlayın