02 
Iyl
2020
07:35
1262

Ağrılarla xəstəxanaya müraciət etmiş şəxsin bədənindən butulka çıxdı - FOTO

Türkiyənin Karaman vilayətində qarınağrısı şikayəti ilə xəstəxanaya gedən kişinin düz bağırsağından şüşə butulka çıxıb.

InterPress.ge Sondakika.com-a istinadən xəbər verir ki, həkimlər bir saatlıq əməliyyatdan sonra yad cismi onun bədənindən çıxarıblar.

27 yaşlı əfqan mənşəli A.E. bunun duş qəbul edən zaman səhvən baş verdiyini deyib.

O, buna görə heç kimin məsuliyyət daşımadığını bildirib.

Bizimlə əlaqə saxlayın