02 
Iyl
2020
07:47
625

Azərbaycanda bank sədri həbs edilib - FOTO

Azərbaycanda “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

InterPress.ge yerli KİV-yə istinadən xəbər verir ki, o, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrdə çalışırdılar.

Qeyd edilir ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın