05 
Iyl
2020
11:18
1634

Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Özünü koronavirusdan qorumaq istəyən hindistanlı Şankar Kurade koronavirusa qarşı hazırlatdırdığı 289 min rupilik (təqribən 12000 GEL) maska ilə yerli və beynəlxalq medianın diqqətini üzərində cəmləyib.

InterPress.ge xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, o, başqa bir kişidə gümüşdən maska gördükdən sonra zərgərə belə bir sifariş verib.

Kuradenin sözlərinə görə, 2,5 kq qızıldan hazırlanan maskada nəfəs almaq üçün kiçik dəlik var.

“Qızıl maska ilə küçəyə çıxanda hamının diqqət mərkəzinə düşdüm. Ailəmin qızıla olan marağı bu tərəflərdə məşhur olsa da, qızıl maska tam yenilik idi, ona görə insanlara maraqlı gəlir”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın