05 
Iyl
2020
11:31
965

Virus payızda daha sürətlə yayılacaq? - professordan qorxunc proqnoz

Payızda COVID-19 xəstəliyinin yeni dağlasının yayılması mümkündür.

İnterPress xəbər verir ki, bu barədə Bonn Universitetinin Tibb Fakültəsi Virusologiya və HİV Tədqiqatları İnstitutunun direktoru professor Hendrik Strik danışıb. Alman alimi izah edib ki, əvvəllər məlum olan bütün koronaviruslar və ümumi respirator xəstəlikləri soyuq mövsümdə daha aktiv olur, buna görə yeni SARS-CoV-2 virusunun da fəaliyyətinin hava şəraitindən asılı olacağına inanmaq üçün hər cür əsas var. Professor ən azı Almaniyada digər koronavirusların yaranmasının havadan asılı olduğunu bildirib.

"Tənəffüs virusları hava soyuq, quru və ya yüksək rütubətdə olduqda daha tez yayılır. Güman edə bilərik ki, SARS-CoV-2 də eyni şəkildə davranacaq".

Virusoloq qeyd edib ki, bir neçə ay əvvəl Avstraliyada yoluxma halları çox az idi, indi onların sayı kəskin şəkildə artır. Ekspertin fikrincə, bunun səbəblərindən biri qış aylarının Avstraliyada başlaması ola bilər.

Bizimlə əlaqə saxlayın